Gobustan Trail 2020 haqqında əsasnamə

1. Təşkilatçı

Yarışın təşkilatçısı  Qobustan Milli Tarixi-Bədii qoruğunun dəstəyilə Dağçılıq İdman Klubudur.

2. Keçirilmə yeri və zamanı

Qaçış yarışı 5 aprel 2020-ci il tarixində Qobustan Milli Tarixi-Bədii qoruğunun ərazisində keçiriləcək.

3. Məsafələr

Qaçış yarışında uzunluğu təqribən 11,523 kilometr, ümumi hündürlüyü təxminən 450900 metr olan məsafə təqdim edilib.

Fövqəladə vəziyyət, gözlənilməz hava şəraiti və ya digər fors-major hallarında təşkilatçı istənilən zaman, hətta yarışın keçirilmə anınadək  məsafələri artırıb-azaltmaq, o cümlədən qida məntəqələrinin sayı və yerlərini, nəzarət vaxtını dəyişmək hüququna malikdir. Həmin dəyişiklikləri edərkən təşkilatçılar iştirakşılara bir və ya bir neçə mümkün informasiya kanalı vasitəsilə məlumat verməyi öhdəsinə götürür.

4. Start və finiş

Start və finiş yeri Qobustan muzeyi olacaq.

5. Gobustan Trail 2020-də iştirakın qiyməti

2020-ci il martın 10-dək – 10 AZN

Martın 10-dan sonra – 20 AZN

6. İştirak şərtləri
  • Qaçış yarışında iştirak etmək üçün 16 yaş və yuxarı iştirakçılar buraxılır. 
  • İştirakçı ödənişi etməklə öz sağlamliğı və yarışlarda iştirakla bağlı bütün mümkün risklərə (zədələnmə, şikəstlik, yaxud sağlamlıqla əlaqədar digər problemlərə) görə tam məsuliyyəti, eləcə də bu Əsasnamə ilə razı olduğunu təsdiq edərək, burada qeyd olunan öhdəliklər, qayda və məhdudiyyətlər çərçivəsində əməl etməyi boynuna götürür. Yarışda iştiraka razılıq verən iştirakçı bununla təsdiq edir ki, sağlamdır və treyldə iştirak etməyə hazırdır. Treylin təşkilatçıları yarış məsafəsində iştirakçıların maksimum təhlükəsizliyini təmin etməyi öhdəsinə götürür, lakin treyl iştirakçılarının sağlamlıgına görə məsuliyyət daşımır.
  • Qaçış yarışında iştirak etmək üçün www.trailrunning.az/az saytında qeydiyyatdan keçmək, sonra 10 manat dəyərində start haqqını ödəyərək start nömrəsini almaq lazımdır. İştirak haqqının ödənilməsi və start nömrəsinin alınması əlavə təyin edilmiş məntəqələrdə həyata keçiriləcək. Tədbirə qatılan iştirakçıların qeydiyyatı təşkilatçının qərarı ilə yarışın başlanğıcınadək uzadıla bilər.
  • İştirakçıların sayı müəyyən həddi keçdikdə təşkilatçılar qaçış yarışı məsafəsinə qeydiyyatı bağlamaq hüququna malikdir.
  • Yarış zamanı iştirakçının nömrəsi ya qabaq, ya da arxa tərəfdən bərkidilməli və məsafədən yaxşı oxunmalıdır. Qaçış yarışında nömrəsiz iştirak yarışda iştirakdan məhrum edilməyə gətirib çıxarır.
  • Start paketini almaq uçun iştirakçı pasportun surətini təqdim etməlidir ki, o da təşkilatçılarda qalır.
  • İştirakın dəyərinə trassanın və qida məntəqələrinin təşkili, transfer, start nömrəsi, xronometraj və finiş medalı daxildir. Ödənilən pul geri qaytarılmır.
7. Tövsiyə edilən ləvazimat
  • Uzunqol, yaxud qısaqol futbolka.
  • Uzun, yaxud ¾ tayt və getr (təchizat əllər və üzdən başqa dərinin bütün sahələrini örtmə imkanı verməlidir).
  • Hava soyuq olduğu halda isti ust geyimi.
  • TƏŞKİLATÇILARIN əlaqə nömrələri (İqor – 0504701997, Emil – 0506636634, Yana – 0702509093) qeyd olunan mobil telefon.
8. Mütləq ləvazimat
  • İdman ayaqqabısı, yaxşı olardı ki, dərə-təpəlikdə hərəkət etmək üçün yararlı olsun.
9. Vaxt limiti

11,5 km məsafə üçün 3 saat
23 km məsafə üçün isə 5 saat vaxt verilir

23 km-lik məsafəni seçən iştirakçılar üçün birinci dairədə vaxt məhdudiyyəti qoyulur – 2 saat. Bu vaxta sığışmayan iştirakçılar ikinci dairəyə buraxılmayacaq.

Fövqəladə hallar baş verdikdə limitlər təşkilatçıların qərarı ilə artırılıb-azaldıla bilər.

10.  Nəzarət məntəqələri və xronometraj

Yarışda xronometraj elektron formatta həyata keçirilir və əlavə olaraq nəzarət məntəqələrində əllə qeyd edilir. Xronometraj iştirakçının nömrəsi əsasında gerçəkləşir. Məsafənin qət edilməsinə nəzarət üçün trassada nəzarət nöqtələri yerləşdirilir. İştirakçının bu cür məntəqədən yan keçməsi yarışda iştirakdan məhrum edilməyə gətirib çıxarır.

11. Distansiyadan çıxma

Hər hansı bir səbəbdən distansiyadan çıxan iştirakçı dərhal bu barədə təşkilatçıya xəbər verməli və imkan daxilində yaxınlıqdakı qida məntəqəsinə, start və ya finiş yerinə yollanmalıdır.

12. İştirakçıların təhlükəsizliyi
  • Qaçış yarışının bütün iştirakçıları öz təhlükəsizliyi və sağlamlığına görə şəxsən məsuliyyət daşıyır.
  • Bütün iştirakçılar qaçış yarışında iştirakla bağlı risklər haqqında tam təsəvvürə malik olmalı və bu riskləri öz üzərinə götürməlidir. İştirakın ödənişini etməklə iştirakçı özünün sağlamlıq vəziyyəti, şəxsi fiziki imkanlarının həddi və texniki vərdişlərinin səviyyəsi haqqında məlumatı olduğuna zəmanət verir, eləcə də təsdiq edir ki, qaçış yarışı zamanı bədən xəsarəti, əzilmələr (zədələr, travmalar), şikəstlik və sağlamlıqla bağlı digər problemlər yarandığı, yaxud maddi zərərə uğradığı təqdirdə tədbir təşkilatçıları buna görə heç bir mülki məsuliyyət daşımır.
  • Bütün iştirakçılar anlamalıdırlar ki, yarış şəhərdən kənar rayonlarda keçirilir və zəruri hallarda yaxınlıqdakı xəstəxanaya çatdırma bir neçə saat çəkə bilər.
  • Fövqəladə hallar yarandıqda və ya hava şəraiti korlandıqda iştirakçıların təhlükəsizliyini təmin etmək üçün təşkilatçılar qaçış yarışının məsafəsini dəyişmək hüququna malikdir. Belə olan təqdirdə start ödənişi geri qaytarılmır.
13. Ətraf mühitin mühafizəsi

İştirakçılar təbiətə hörmət etməli və trassanın zibillənməsinə qətiyyən yol verməməlidir. Bu qaydalara əməl edilmədiyi təqdirdə iştirakçı yarışda iştirakdan məhrum edilir.

 

Comments are closed.