Gobustan Trail 2020 haqqında qısa məlumat

Trailrunning – təbii relyef üzərində qaçiş.

Gobustan Trail 2020–Dağçılıq İdman Klubunun debüt treylidir. Tədbir 5 aprel 2020-ci il Qobustan Milli Tarixi-Bədii qoruğunun ərazisində keçiriləcək.

  • Təşkil etdiyimiz 2 məsəfədən birini seçə bilərsiniz:

11,5 kilometr / ümumi hündürlüyü təxminən 450 metr (bir dairə)

23 kilometr / ümumi hündürlüyü təxminən 900 metr (iki dairə)

  • Həmin vaxt hava şəraitinin qeyri-sabit olması səbəbindən fors-major olaraq yarış tarixinin aprelin 12-ə keçirilməsi kimi kiçik ehtimal mövcuddur, çünki güclü yağıntılar marşrutun təhlükəsizliyinə xeyli təsir göstərə bilər. Öz tərəfimizdən biz iştirakçıların maksimum təhlükəsizliyini təmin edərək treyli bildirdiyimiz vaxtda keçirmək üçün əlimizdən gələni edəcəyik.
  • Gobustan Trail 2020-də iştirakın qiyməti:
10 mart 2020-ci il tarixinədək
(həmin gün daxil olmaqla)
10 mart 2020-ci il tarixindən
sonra
10 AZN20 AZN
  • İştirak etmək istəyənlər onlayn qeydiyyatdan keçməli (saytın ünvanı aşağıda qeyd olunub) və elanlarımızı izləməlidir. Ödənişi etdikdən, pasportunun surətini təqdim etdikdən və müvafiq sənədi imzaladıqdan sonra hər bir iştirakçı start nömrəsi alır.
  • Marşrut haqqında ətraflı məlumat yaxın zamanda təqdim ediləcək.

Qeydiyyatdan keçin və yarışa qatılın!

Comments are closed.