Bizim haqqımızda!


Bu gün Dağçılıq İdman Klubunu əllidən (50) çox gənci və dmançını birləşdirən bir uçtimai qurumdur. Klubumuzun təşkilat və idarə etmə işlərinə rəhbərlik böyük təcrübəsi olan və peşəkar idmançılardan ibarət Rəyəsət heyyəti tərəfindən yerinə yetirilir. Klubumuzun yaranma tarixi 10 may 1999-cu il desək yanılmarıq. Gələn il, daha dəqiqi, 10 may 2013-cü tarixlərində klubun idmançıları, təsisçiləri və klubun yaxın dostları möhtəşəm doğum gününü – 15 illik yubileyini – qeyd edəcəklər. 15 il kifayət qədər zamandır ki, keçirdiyimiz və başa vurduğumuz işlərimizə nəticə çixartaq.
Tarlan Ramazanov

Klubumuzun əsas məqsədi – ölkəmizdə alpinizmin və onun vacib hissələri sayılan qayaya dırmanma və buza dırmanma idman növlərini, piyada və dağ turizmin inkişafı, gəncləri bu idman növləri ilə məşqul olmasına cəlb etmək, sağlam həyat tərzini , sağlam düşüncəni, sağlam bədəndə sağlam ruh ideologiyasını təbliq etməkdir. İl-bə-il yeni idmançılar bizim sıralara qoşularaq sayımızı günü gündən artırır və bu artım tendensiyası bizi sevindirərək qəlbimizi şad edir.


Eldar Hüseynov
Tərlan Ramazanov, Eldar Hüseynov, Elman Rəhimov, Elçin Məmmədov və Dmitriy Şiyanov Dağçılıq İdman Klubunun təsisçiləri və yaradıcılarıdırlar. Dmitriy Şiyanov həmçinin bu illər ərzində klubumuzun yeganə əvəz olunmaz məşqçisidir. O, öz tələbələrinə alpinizm, buza dırmanma və dağçılıq texnikası üzrə məşqlər və nəzəriyyə dərsləri keçirir.

Son on beş illik tarixində Klubumuzun idmançiları ölkə daxilində yerləşən demək olar ki, bütün yüksək zirvələrinə, 1- 4 çətinlik dərəcəsi olan marşrutlar ilə yürüşlər etmişdirlər. Bundan başqa, Mərkəzi Qafqazda bir neçə dağçılıq ekspedisiyasi təşkil olunmuşdur.

2003-cü ildə Dağçılıq idman klubunun idmançılari Qafqazın və Avropanın ən hündür nöqtəsi sayılan Elbrus zirvəsinə yürüş edərək uğurla zirvəyə qalxmışdırlar. Həmin 2003-cü ilin yanvar ayında ölkə tarixində ilk dəfə olaraq, idmançılarımız Azərbaycanın ən yüksək zirvələrdən biri olan Şahdağ zirvəsinə (4243 m) çətin hava şaraitə baxmayaraq qış yürüşünü uğurla başa çatdırdılar.

Yay mövsümdə isə idmançilarımız həmin zirvəyə çətin marşrutla çıxtılar.
2004-cü ildə klubun idmançıları daha bir mötəbər bir idman yürüşünə imza atdılar. İdmançılarımız Böyük Qafqaz dağların “Su ayrıcı” silsiləsi ilə çox günlük yürüş etdilər və yürüş zamanı bir neçə yeni keçid tədqiq edildi. 2005-ci ildə klubumuzun ən gənc üzvləri 13-14 yaşlı yeniyetmələr “Heydər zirvəsi”-nə uğurla qalxtılar. Klubumuz hər il dağlarda təlim və idman yürüşlərini təşkil edir və keçirir.

Klubun nümayəndələri ölkə daxilində və ölkə xaricində bir çox yerlərə səfər edir və hər səfərdə hansısa bir uğura imza atır.


Dmitriy Şiyanov

Ola bilsin ki, bəzən hava şəraiti hansısa zirvəyə qalxmaq maneçilik yaradır, lakin bu o demək deyil ki, səfərimiz uğursuz başa çatır. Demək olar ki, hər səfərdə kifayət qədər keçirilən məhsuldar məşqlər və yeni ərazilərin coğrafi analizi bir çox gələcək illər üçün planların qurulması, marşrutların tərtib edilməsi, belə səfərlərin uğurla başa çatmasından xəbər verir.

2000-ci ildən başlayaraq klubumuz hər il Azerbaycanda qaya dırmanma üzrə açıq çempionat keçirdir. Hər il, keçən ilə nisbətən daha çox idmançı və azarkeş toplusu bu tədbirə sevinclə qatılır. Nəzərə alsaq ki, ilk dövrlərdə bu yarışlarda yalnız klubun idmançıları iştirak edirdilərsə, bugünki günlərdə digər klubların idmançıları, həmçinin xarici ölkənin idmançılarıda bu tədbirə qatılaraq qüvvəllərini sınayırlar. Məhz bu keçirilən tədbirlər nəticəsində bir neçə idmançımız yüksək idman dərəcəli, idman ustasına namizəd və idman ustası adını qazanıblar.

Qeyd etmək istərdik ki, 2000-ci ildə ölkəmizdə ilk buza dırmanma idmanın təsisçisi Dağçılıq İdman Klubu olub. Həmin ildə birinci dəfə klubun idmançıları dağlıq ərazilərdə yerləşən donmuş şəlalərin üstündə öz qüvvələrini sınayıblar. 2000-ci ildən başlayaraq mütamadi olaraq klubumuz tərəfindən bu növ üzrə yarışlar keçirilir, idmançılarımızın bu istiqamətdə inkişafına və həmçinin yeni idmançıların bu idman növünə maraq göstərməyinə nail olmuşuq.

Dağçılıq idman klubunda mütamadi olaraq dağlarda xilasetmə işlərin aparılması, birinci tibb yardımın göstərilməsi, səmtini təyin etməsi, dağlarda, ekstremal şaraitdə düzgün hərəkət etmə və sağ qalmağ bacarığı mövzülar üzrə nəzəriyyə və seminar dərsləri keçir.
Klubun yeni üzvlərini ciddi idman tətbirlərə hazırlığın aparılması üçun və daha təcrübəli olan idmançiların bilik səviyəsinin və bacarıqların artırılması məqsədi ilə klubun daxilində ənənəvi olaraq qayaya və buza dırmanma, dağ və piyada turizm texnikası və xilasetmə işlərin aparılması üzrə yarışlar keçirilir.

Sizi Dağçılıq İdman Klubunun idman nailiyyətlərini izləmək, idmançı sıralarına qoşulmaq və ölkəmizdə dağ idman növlərinə maraq göstərib onları təbliq və inkişafına kömək etməyə dəvət edirik!


Baş səhifə

Leave a Reply

You must be logged in to post a comment.