AAF-ın Dağlarda xilasetmə əməliyyatlarının aparılması üzrə açıq Kuboku uğurla keçirildi

1452524 Bazar günü Nardaran qəsəbəsində Azərbaycan Alpinizm Federasiyasının (AAF) Dağlarda xilasetmə əməliyyatlarının aparılması üzrə açıq Kuboku keçirilmişdir.
Yarışın təşkilatı AAF-nın rəhbərliyi altında bu tipli tədbirlərin keçirilməsində çoxillik təcrübəyə malik olan Dağçılıq İdman klubuna həvalə edilmişdir.

Qeyd edək ki, Klub, hər il keçirdiyi bu tədbirləri Azərbaycanın müxtəlif guşələrində təşkil edir.
Bu yarışları təşkil edərkən AAF-nın əsas məqsədlərindən Azərbaycanda dağ idman növlərin inkişafına təkan vermək, gəncləri bu idman növləri ilə məşğul olmağa həvəsləndirmək və​ idmançıların təhlükəsizliyin təmin olunması sahəsində bacarıqlarını mükəməlləşdirilmək olub.
Yarışın iştirakçıları qayayadırmanmaq, komandada işləmək, zərərçəkənə dağ şəraitində ilk yardımı göstərmək və zərərçəkəni nəql etmək kimi bacarıqlarını nümayiş etdirməli idi. 1463091
Kubokda həm AAF-nın üzvləri, həm də Azərbaycanın müxtəlif məktəb və klubların nümayəndələrindən ibarət olan 8 komanda iştirak edirdi.
Hakimlik vəzifəsini təcrübəli alpinistlər, ölkənin müxtəlif klublarının nümayəndələri, AAF və Hakim kollegiyasının üzvləri həyata keçirirdilər.
Yarışın keçirilməsi çox pis hava şəraiti ilə müşahidə olunurdu. Güclü soyuq şimal küləyi komandaların onsuz da ağır tapşırıqlarını daha da çətinləşdirirdi. İdmançılar, qayalara qalxıb, şərti zərərçəkmiş adama ilk yardım göstərərək, onun qayalardan aşağı təhlükəsiz şəkildə endirilməsini təmin etməli idilər. Bu tapşırıqları yerinə yetirərkən iştirakçılar səhvələ yol vermədən, maksimal şəkildə düzgün və cəld olmalı idilər. 1380031
Yarışlarda birinci və ikinci yerləri Bakının Dağçılıq İdman klubunun komandaları tutmuşdur.
Üçüncü yerə layiq görülən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin komandası oldu. Bu növ yarışda ilk dəfə iştirak etdiyinə baxmayaraq idmançılar uğurla çıxış edib, yer tuta biliblər.

Mənbə: http://aaf.az/aze/news/?id=682


Leave a Reply

You must be logged in to post a comment.