Beynəlxalq alpinizm və qayayadırmanma federasiyasının (UIAA) Gənclər komissiyasının toplantısı

Ötən həftənin sonu Azərbaycanda Beynəlxalq alpinizm və qayayadırmanma federasiyasının (UIAA) Gənclər komissiyasının toplantısı təşkil olunub.

Görüş Azərbaycanın gözəl guşələrindən biri olan Qusar rayonunda – Şahdağ kompleksində keçirilib.

1401880 Azərbaycan, İsveçrə, Böyük Britaniya, İtaliya, Almaniya, Ukrayna, Rusiya, Makedoniya və Monqolustanın alpinizm federasiyalarının nümayəndələri 2012-ci ilin oktyabrında Gənclər komissiyasının rəhbəri vəzifəsinə seçilən Azərbaycan Alpinizm Federasiyasının(AAF) prezidenti İsrafil Aşurlının rəhbərliyi altında 2013-cü ilin yekunlarını vurublar.

Belə ki, 2013-cü ildə Beynəlxalq Olimpiya Komitəsi və Beynəlxalq Idman Federasiyalarının Assosiasiyası (ARISF), müxtəlif ölkələrin milli federasiya və klubları ilə əməkdaşlıq çərçivəsində Fransa və İtaliyada 4 beynəlxalq düşərgə, İsveçrədə gənclər arasında buzadırmanma üzrə ilk dünya çempionatı, Rusiya, Makedoniya və Monqolustanda qayayadırmanma üzrə festivallar, Ağrıdağ (Türkiyə), Kazbek (Gürcüstan) və Olimp (Yunanıstan) kimi dağlara beynəlxalq ekskursiya, və həmçinin İbn Sina (keçmiş Lenin) zirvəsinə ilk beynəlxalq gənclər ekspedisiyası təşkil olunmuşdur.

2013-cü il ərzində təşkil edilən tədbirlərdə 24 ölkədən gələn 240-dan artıq idmançı iştirak etmişdir.

Qusardakı toplantı zamanı komissiyanın kadr təşkilinin dəyişiklikləri və 2014-cü il üçün məqsədlər təsdiq olunub, iş strategiyası müəyyən olunmuşdur.

Cari ilin sonunadək komissiya 2014-cü il üçün tədbir təqvimini hazırlayıb təsdiq etməlidir.

Toplantıdan sonraki gün təşkilatçılar tərəfindən qonaqların bölgə ilə yaxından tanışlığına həsr edilmişdir.

Qonaqlar ekskursiyaya gedib, regionda analoqu olmayan müasir istirahət zonasının tikinti prosesinin müşahidəçisi olub, onu dəyərləndiriblər, sonra isə Laza kəndinə gedib, bu dağ rayonunun təbiəti və gözəlliyi ilə tanış olublar.

Mənbə: http://aaf.az/aze/news/?id=667


Leave a Reply

You must be logged in to post a comment.