Səmti müəyyən etmə – sağlam millətin idmanıdır!

Bildiyiniz kimi may ayının 10-12 tarixlərində Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş I Beynəlxalq Açıq Kubok Yarışı baş tutmuşdur. Yarış əsas Elit (K/Q) və yeni başlayan idmançılar üçün OPEN (K/Q) qrupları üzrə keçirilmişdir. Həmin yarışda idman adları və dərəcələri verilməsinə dair təsnifata müvafiq olaraq bir sıra yarış iştirakçıları müəyyən idman dərəcələrini yerinə yetirmişlər. Belə ki, uzun məsafədə kişilər arasında yerli və xarici idmançılar üzrə 1 idmançı İUN, 1 idmançı I, 2 idmançı II, 2 idmançı III, 4 idmançı isə gənclər üzrə III dərəcələri yerinə yetirmişdilər. Qadınlar arasında isə bu məsafədə 1 idmançı İUN, 2 idmançı II, 11 idmançı isə III dərəcəni yerinə yetirmişdilər.

Qısa məsafədə kişilər arasında yerli və xarici idmançılar üzrə 3 idmançı İUN, 1 idmançı I, 2 idmançı II, 3 idmançı III, 2 idmançı isə gənclər üzrə III dərəcələri yerinə yetirmişdilər. Qadınlar arasında isə 1 idmançı İUN, 3 idmançı III, 12 idmançı isə gənclər üzrə III dərəcələri yerinə yetirmişdilər.

Keçirilmiş yarışdan təxminən 2 həftə sonra Federasiyanın rəyasət heyəti tərəfindən idmançılar üçün təlim-məşq toplanışı keçirilmiş, idmançılara həm fiziki, həm də xəritə üzrə müxtəlif tapşırıqlar verilmişdir.
Sonda onu da qeyd edək ki, AR Gənclər və İdman Nazirliyinin təsdiq etdiyi idman tədbirlərinin keçirilmə planına müvafiq olaraq SMEİF-in Rəyasət heyəti tərəfinden 30 iyun 2013-cü il tarixində Şamaxı rayonunda (Pirqulu) Güc strukturları arasında yarışın keçirilməsi planlaşdırılır. Sözügedən yarışda həm komanda, həm də fərdi hesabda idmançıların iştirakı nəzərdə tutulmuşdur.

Mənbə: http://smef.az/index/sme30052013/0-465

Leave a Reply

You must be logged in to post a comment.