AAF-ın Dağlarda xilasetmə əməliyyatlarının aparılması üzrə açıq Kuboku uğurla keçirildi

Bazar günü Nardaran qəsəbəsində Azərbaycan Alpinizm Federasiyasının (AAF) Dağlarda xilasetmə əməliyyatlarının aparılması üzrə açıq Kuboku keçirilmişdir. Yarışın təşkilatı AAF-nın rəhbərliyi altında bu tipli tədbirlərin keçirilməsində çoxillik təcrübəyə malik olan Dağçılıq İdman klubuna həvalə edilmişdir.

Beynəlxalq alpinizm və qayayadırmanma federasiyasının (UIAA) Gənclər komissiyasının toplantısı

Ötən həftənin sonu Azərbaycanda Beynəlxalq alpinizm və qayayadırmanma federasiyasının (UIAA) Gənclər komissiyasının toplantısı təşkil olunub. Görüş Azərbaycanın gözəl guşələrindən biri olan Qusar rayonunda – Şahdağ kompleksində keçirilib. Azərbaycan, İsveçrə, Böyük Britaniya, İtaliya, Almaniya, Ukrayna, Rusiya, Makedoniya və Monqolustanın alpinizm federasiyalarının nümayəndələri 2012-ci ilin oktyabrında Gənclər komissiyasının rəhbəri vəzifəsinə seçilən Azərbaycan Alpinizm Federasiyasının(AAF) prezidenti İsrafil Aşurlının […]